Robert Prosineçki Bosniya və Herseqovina yığmasının baş məşqçisi kimi ilk məğlubiyyətlə üzləşib

Robert Prosineçki Bosniya və Herseqovina yığmasının baş məşqçisi kimi ilk məğlubiyyətlə üzləşib "Qarabağ"ın qapıçısı İbrahim Şehiç qol buraxmasa da, komandası uduzub
Futbol
1 Fevral , 2018 11:23
Robert Prosineçki Bosniya və Herseqovina yığmasının baş məşqçisi kimi ilk məğlubiyyətlə üzləşib

Bakı. 1 fevral. REPORT.AZ/ "Qarabağ" klubunun qapıçısı İbrahim Şehiç Bosniya və Herseqovina milli komandasının heyətində növbəti oyununu keçirib. 

"Report"un məlumatına görə, ABŞ turnesi çərçivəsində baş tutmuş qarşılaşmada rəqib Meksika yığması olub. Görüş amerikalıların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 65-ci dəqiqədə Uqo Ayala vurub. Həmin qol zamanı qapıda Şehiç yox, Kenan Piriç olub. Piriç oyuna start heyətdə başlayan "Qarabağ"ın qolkiperini 46-cı dəqiqədə əvəzləyib.

Qeyd edək ki, Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçkinin rəhbərlik etdiyi Bosniya və Herseqovina yığması daha əvvəl ABŞ-la qolsuz heç-heçə edib. 

Son xəbərlər

Orphus sistemi