Robert Prosineçki Bosniya və Herseqovina yığmasına baş məşqçi təyin olunub

Robert Prosineçki Bosniya və Herseqovina yığmasına baş məşqçi təyin olunub Xorvatiyalı mütəxəssis Azərbaycan yığmasındakı köməkçiləri ilə birgə çalışacaq
Futbol
4 Yanvar , 2018 17:43
Robert Prosineçki Bosniya və Herseqovina yığmasına baş məşqçi təyin olunub
Report/ Firi Salim

Bakı. 4 yanvar. REPORT.AZ/ Futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki Bosniya və Herseqovina yığmasına rəhbərlik edəcək.

“Report” xəbər verir ki, bununla bağlı qərar Bosniya və Herseqovina Futbol İttifaqının İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında qəbul olunub. 48 yaşlı mütəxəssislə 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin sonunadək müqavilə bağlanılıb. Prosineçki Azərbaycan yığmasındakı köməkçiləri Qordan Tsipriç və Draqan Spasiç, eləcə də qapıçılar üzrə məşqçi Kenan Hasagiç və seleksiyaçı-məşqçi Elvir Rahimiçlə birgə çalışacaq. Yeni baş məşqçinin qarşısına AVRO-2020-yə vəsiqə məqsədi qoyulub.  

Qeyd edək ki, Bosniya və Herseqovina yığmasının sabiq baş məşqçisi Mehmed Bajdareviç komandaya DÇ-2018-ə vəsiqə qazandıra bilmədiyi üçün istefaya göndərilib. Robert Prosineçkinin isə ötən ay Azərbaycan millisi ilə başa çatan 3 illik müqaviləsinin müddəti uzadılmayıb. 

Son xəbərlər

Orphus sistemi