Robert Prosineçki Bakıda Xorvatiya prezidenti ilə görüşündən danışıb

Robert Prosineçki Bakıda Xorvatiya prezidenti ilə görüşündən danışıb "Xoş bir hal idi, maraqlı görüş alındı"
Futbol
26 Oktyabr , 2016 00:33
Robert Prosineçki Bakıda Xorvatiya prezidenti ilə görüşündən danışıb

Bakı. 26 oktyabr. REPORT.AZ/ "Qarabağ” güclü komandadır. Uzun müddətdir bunu nümayiş etdirir və digər komandalarla müqayisədə daha yaxşı təsir bağışlayır".

"Report" xəbər verir ki, bu sözləri "Neftçi” - "Qarabağ” oyununu (0:2) izləyəndən sonra Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki deyib.

O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

"Qarabağ”la oyunda "Neftçi”ni meydana Cavid İmamverdiyev kapitan kimi çıxarıb. Buna münasibətiniz necədi?

- Mən bu suala cavab vermək istəmirəm.

Hər halda millinin baş məşqçisi kimi fikirləriniz maraqlıdır...

- Araz bu gün meydanda olmayıb. Siz əminsiz ki, bu gün Araz oynasaydı, Cavid kapitan olacaqdı?

Bildiyimizə görə, "Neftçi”nin yeni kapitanı Cavid İmamverdiyevdir...

- Bu haqda nəsə deyə bilmərəm. Mən millinin kapitanı barədə danışa bilərəm, "Neftçi”nin yox.

Şimali İrlandiya ilə oyuna elə də çox vaxt qalmayıb. Planlarınız artıq məlumdur?

- Hələ vaxtımız var. İndidən dəqiq nəsə deyə bilmərəm. Çempionatda, eləcə də Avroliqada bir neçə oyunlar var. Hələ ki, həmin oyun barədə danışmaq tezdir. Kimsə yaxşı formada ola bilər, kimsə də zədələnə bilər.

Dəniz Yılmazın çıxışını izləyirsiz?

- Onu tanıyıram.

Bakıda səfərdə olan Xorvatiya prezidenti ilə görüşməyiniz maraqla qarşılandı. Bu barədə də təəssüratlarınızı bilmək istərdik...

- Xoş bir hal idi, maraqlı görüş alındı. Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsinə yaxşı başlayıb. İlk dəfədir ki, komanda 3 turdan sonra 7 xal toplayıb. İki ölkə prezidentlərinin görüşü yaxşı keçdi. Çox şadam ki, prezidentimiz Azərbaycana səfər edib. Onunla söhbət etmək imkanımız oldu. Bu, müsbət haldır.

Son xəbərlər

Orphus sistemi