Robert Prosineçki: "AFFA Yurçeviçi seçsə, səhvə yol vermiş olmayacaq"

Robert Prosineçki: "AFFA Yurçeviçi seçsə, səhvə yol vermiş olmayacaq" Bakı. 6 fevral. REPORT.AZ/ “Azərbaycan millisinin baş məşqçisi postuna namizədlərdən biriyəm. Bununla bağlı AFFA ilə ciddi danışığımız oldu”.
Futbol
6897
6 Fevral , 2019 16:26
Robert Prosineçki: AFFA Yurçeviçi seçsə, səhvə yol vermiş olmayacaq

Bakı. 6 fevral. REPORT.AZ/ “Azərbaycan millisinin baş məşqçisi postuna namizədlərdən biriyəm. Bununla bağlı AFFA ilə ciddi danışığımız oldu”.

“Report” xəbər verir ki, bunu index.hr saytına Zaqreb “Dinamo”sunun sabiq baş məşqçisi Nikola Yurçeviç deyib.

53 yaşlı xorvatiyalı mütəxəssisin sözlərinə görə, məsələyə yaxın vaxtda aydınlıq gələcək: “Söhbət zamanı məndə belə təəssürat yarandı ki, komandanın məqsədi daha da irəli getməkdir. Onların ambisyaları var”.

Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki də N.Yurçeviçin namizədliyinə münasibət bildirib. O, Xorvatiya millisində komanda yoldaşı olduğu məşqçi barədə müsbət fikir səsləndirib: “Bunu dərindən şərh etmək istəməzdim. Yalnız onu deyə bilərəm ki, AFFA Yurçeviçi seçsə, səhvə yol vermiş olmayacaq. Hər şeyin yaxşı olmasını istəyirəm”.

Qeyd edək ki, Yurçeviçin Azərbaycan millisinin baş məşqçisi postuna namizəd olması xəbərini ilk dəfə “Report” yazıb.

Son xəbərlər

Orphus sistemi