Bakı. 14 mart. REPORT.AZ/ Bu gün AFFA-nın inzibati binasında Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki ilə Məşqçilər Komitəsinin üzvlərinin görüşü keçirilib. "Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycan milli komandalarının hazırkı durumu, mövcud problemlər və onların həlli yolları barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Robert Prosineçki martın 15-də mətbuat nümayəndələri üçün brifinq keçirəcək. Tədbir Bulvar otelindəki Hesabat Konfransı başa çatdıqdan sonra olacaq.






