Çempionlar Liqası: Levandovski Messi və Ronaldunun uğurunu geridə qoyub

Çempionlar Liqası: Levandovski Messi və Ronaldunun uğurunu geridə qoyub Almaniyanın "Bavariya" klubunun futbolçusu Robert Levandovski UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.
Futbol
3 Noyabr , 2021 09:06
Çempionlar Liqası: Levandovski Messi və Ronaldunun uğurunu geridə qoyub
Robert Levandovski

Almaniyanın "Bavariya" klubunun futbolçusu Robert Levandovski UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.

"Report"un məlumatına görə, 33 yaşlı hücumçu buna evdə Portuqaliyanın "Benfika" komandasını 5:2 hesabı ilə məğlub etdikləri qrup mərhələsinin IV tur oyununda nail olub.

Həmin qarşılaşmada het-trik edən polşalı forvard turnirdəki 100-cü matçında 80-ci qola imza atan ilk oyunçu kimi tarixə düşüb.

Fransa PSJ-sində çıxış edən Lionel Messi 102-ci qarşılaşmasında, İngiltərənin "Mançester Yunayted" klubunda şərəfini qoruyan Kriştianu Ronaldu isə 116-cı görüşündə eyni sayda qol vurub.

Qeyd edək ki, "Bavariya" E qrupunda 12 xalla liderdir. Münhen təmsilçisi sona iki tur qalmış 1/8 final mərhələsinə vəsiqəni təmin edib.

Son xəbərlər

Orphus sistemi