Dünya və Avropa çempionu: "Bakı Avropa Liqasının finalı üçün çox yaxşı yerdir"

Dünya və Avropa çempionu: "Bakı Avropa Liqasının finalı üçün çox yaxşı yerdir" Bu sammitdə iştirak etməkdən şadam. Bura ikinci dəfədir gəlirəm. Bakı çox gözəl şəhərdir.
Futbol
15 May , 2019 13:33
Dünya və Avropa çempionu: Bakı Avropa Liqasının finalı üçün çox yaxşı yerdir

"Bu sammitdə iştirak etməkdən şadam. Bura ikinci dəfədir gəlirəm. Bakı çox gözəl şəhərdir". 

"Report" xəbər verir ki, bunu Bakıda AFFA və UEFA-nın təşkilatçılığı ilə keçirilən "Futbol və Biznes" sammitində Fransa milli komandasının sabiq futbolçusu Rober Pires deyib. 

Dünya və Avropa çempionu tədbirdə müzakirə edilən mövzuların çox faydalı olduğunu sözlərinə əlavə edib. Pires sabiq komandası "Arsenal"a azarkeşlik etmək üçün iki həftə sonra yenidən Azərbaycana gələcəyini bildirib:  "Finalı udsaq, Çempionlar Liqasına düşəcəyik. Bakı Avropa Liqasının finalı üçün çox yaxşı yerdir". 

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında İngiltərənin "Arsenal" və "Çelsi" komandaları üz-üzə gələcək.  

Son xəbərlər

Orphus sistemi