Rıza Çalımbay: "Əsas oyunlarımız "Qarabağ" və "Makkabi"yə qarşı olacaq"

Rıza Çalımbay: "Əsas oyunlarımız "Qarabağ" və "Makkabi"yə qarşı olacaq" "Vilyarreal" güclü komandadır. Hər şeydən xəbərdarıq. Həm özümüz, həm də Türkiyə üçün önəmli matçlar oynayacağıq".
Futbol
21 Oktyabr , 2020 13:41
Rıza Çalımbay: Əsas oyunlarımız Qarabağ və Makkabiyə qarşı olacaq
Rıza Çalımbay

"Vilyarreal" güclü komandadır. Hər şeydən xəbərdarıq. Həm özümüz, həm də Türkiyə üçün önəmli matçlar oynayacağıq".

"Report" xəbər verir ki, bu fikirləri Türkiyənin "Sivasspor" klubunun baş məşqçisi Rıza Çalımbay Avropa Liqasının I qrupunda İspaniyada "Vilyarreal"a qarşı keçirəcəkləri ilk tur matçı barədə danışarkən deyib.

57 yaşlı mütəxəssis səfərdən xal və ya xallarla qayıdacaqlarına ümid etdiyini bildirib: "Zədəli futbolçular var və bu səbəbdən, matça 17-18 oyunçudan ibarət heyətlə çıxacağıq. Qrupda ilk matç çox önəmlidir. Amma əsas məsələ "Qarabağ" və "Makkabi" ilə ev oyunlarımızdır. O qarşılaşmaları çox yaxşı başa vurmalıyıq. İspaniyadan yaxşı nəticə ilə qayıda bilsək, əlavə üstünlük əldə edəcəyik".

Qeyd edək ki, oktyabrın 22-də keçiriləcək "Vilyarreal" - "Sivasspor" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Həmi gün eyni saatda "Qarabağ"ın İsrailin paytaxtı Təl-Əvivdə "Makkabi" ilə görüşü start götürəcək.

Son xəbərlər

Orphus sistemi