Rıza Çalımbay "Qarabağ"la oyundan danışdı

Rıza Çalımbay "Qarabağ"la oyundan danışdı "Vilyarreal"la oyunda olduğu kimi, "Makkabi" ilə matçda da bəxtimiz gətirmədi. Zədəli futbolçularımız olduğu üçün əvəzetmə şansımız az idi. Bu baxımdan da çətinlik çəkdik".
Futbol
2 Noyabr , 2020 11:14
Rıza Çalımbay Qarabağla oyundan danışdı
Rıza Çalımbay

"Vilyarreal"la oyunda olduğu kimi, "Makkabi" ilə matçda da bəxtimiz gətirmədi. Zədəli futbolçularımız olduğu üçün əvəzetmə şansımız az idi. Bu baxımdan da çətinlik çəkdik".

"Report"un məlumatına görə, bu fikirləri Türkiyə "Sivasspor"unun baş məşqçisi Rıza Çalımbay "Radyospor"a açıqlamasında komandasının UEFA Avropa Liqasındakı çıxışını dəyərləndirərkən deyib.

57 yaşlı mütəxəssis ardıcıl 2 məğlubiyyətə baxmayaraq, mübarizə apardıqları I qrupundan çıxmaq şanslarının davam etdiyini bildirib: "Qarşıdakı oyunlara baxmalıyıq. Bizi hələ 4 qarşılaşma gözləyir. "Makkabi"ni İsraildə udacağımızı düşünürəm. Həmçinin "Qarabağ"a qalib gələrək, qrupda ilk xallarımızı qazanmaq istəyirik".

Qeyd edək ki, noyabrın 5-də keçiriləcək "Sivasspor" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi