Rıza Çalımbay: "İtkilərimiz çoxdur, "Qarabağ"la matça 14 nəfərlə çıxmışdıq"

Rıza Çalımbay: "İtkilərimiz çoxdur, "Qarabağ"la matça 14 nəfərlə çıxmışdıq" "Bütün komandalar çətin vaxtlardan keçir. Biz də bunu ən çox yaşayan komandalardan biriyik".
Futbol
1 Dekabr , 2020 18:11
Rıza Çalımbay: İtkilərimiz çoxdur, Qarabağla matça 14 nəfərlə çıxmışdıq
Rıza Çalımbay

"Bütün komandalar çətin vaxtlardan keçir. Biz də bunu ən çox yaşayan komandalardan biriyik".

"Report"un məlumatına görə, bunu Türkiyə "Sivasspor"unun baş məşqçisi Rıza Çalımbay klubun rəsmi telekanalına açıqlamasında deyib.

Heyətlə bağlı problemlərdən söz açan 57 yaşlı mütəxəssis yerli çempionatda hakimlərin idarəçiliyinə də toxunub. O, növbəti dəfə hakim qərarlarından şikayətini dilə gətirib: "İtkilərimiz çoxdur, "Qarabağ"la matça 14 nəfərlə çıxmışdıq. "Göztəpə" ilə çempionat oyununda da itkilərimiz var idi. Həftədə 3 görüş keçiririk. Avrokubok qarşılaşmalarını həm Türkiyə, həm də özümüz üçün oynayırıq. Son həftələrdə çoxlu sayda hakim səhvləri ilə üzləşdik. Bizim heç kimlə problemimiz yoxdur. Sadəcə, ədalətli idarəçilik tələb edirik".

Qeyd edək ki, "Sivasspor" UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda İstanbulda "Qarabağ"a 3:2 hesabı ilə qalib gəlib.

Son xəbərlər

Orphus sistemi