"Sivasspor"un baş məşqçisi: "Göstərdiyimiz oyunun qarşılığını ala bilmirik"

"Sivasspor"un baş məşqçisi: "Göstərdiyimiz oyunun qarşılığını ala bilmirik" "Zədəli futbolçuların sayının artmasına görə bir az çətinlik çəkdik. Oyunlara istədiyimiz heyətlə çıxa bilmədik. Bəzi çatışmazlıqlar oldu, amma daha yaxşı çıxış etməyə çalışırıq".
Futbol
266
13 Noyabr , 2020 12:29
Sivassporun baş məşqçisi: Göstərdiyimiz oyunun qarşılığını ala bilmirik
Rıza Çalımbay

"Zədəli futbolçuların sayının artmasına görə bir az çətinlik çəkdik. Oyunlara istədiyimiz heyətlə çıxa bilmədik. Bəzi çatışmazlıqlar oldu, amma daha yaxşı çıxış etməyə çalışırıq".

"Report" xəbər verir ki, bu fikirləri "Qarabağ"ın Avropa Liqasının I qrupundakı rəqiblərindən olan Türkiyənin "Sivasspor" komandasının baş məşqçisi Rıza Çalımbay klubun rəsmi saytına açıqlamasında deyib.

57 yaşlı mütəxəssis III turda "Qarabağ"ı 2:0 hesabı ilə məğlub etdikləri görüşü də xatırlayıb: "Avrokuboklarda ilk qələbəmizi qazandıq. Bu qrupdan çıxacağımıza inanıram. Qarşıda 3 oyunumuz var. Hamısı da bizim üçün finala bərabər olacaq".

Təcrübəli baş məşqçi Superliqada istədikləri oyunu sərgiləyə bilməmələrinə də diqqət çəkib: "Daha yaxşı nəticələr əldə etməliyik. Sərgilədiyimiz oyunun qarşılığını ala bilmirik. Milli komandaların matçları ilə əlaqədar fasiləni yaxşı dəyərləndirməliyik. Çempionatda da uğur qazanacağıq".

Çalımbay "Qalatasaray"a 1:2 hesabı ilə uduzduqları matçda hakim səhvlərinin olduğunu söyləyib. O, referinin cəsarətli ola bilmədiyini və yalnış qərarlar verdiyini iddia edib.

Qeyd edək ki, "Qarabağ" IV turda "Sivasspor"u qəbul etməlidir. Ağdam klubu noyabrın 26-dakı matçın Bakıda keçirilməsi üçün UEFA-ya müraciət edib.

Son xəbərlər

Orphus sistemi