Bakı. 11 may. REPORT.AZ/ Azərbaycan milli komandasının futbolçusu Riçard Almeyda yayda "Qarabağ"ı tərk edəcək.
"Report"un məlumatına görə, bu barədə jurnalistlərə komandanın baş məşqçisi Qurban Qurbanov açıqlama verib. 46 yaşlı mütəxəssis bildirib ki, Braziliya əsilli yarımmüdafiəçinin xaricdən cəlbedici təklifləri var: "Almeydanın müqaviləsi bitir. Onun əla təklifləri var. "Qarabağ"da qalma şansı çox azdır".