Riçard Almeyda “Qarabağ”dan ayrılır

Riçard Almeyda “Qarabağ”dan ayrılır Azərbaycan millisinin futbolçusu Riçard Almeyda “Qarabağ”dan ayrılır.
Futbol
24 Dekabr , 2019 11:06
Riçard Almeyda “Qarabağ”dan ayrılır

Azərbaycan millisinin futbolçusu Riçard Almeyda “Qarabağ”dan ayrılır.

“Report” xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi bu barədə sports.kz saytına bildirib. Ağdam təmsilçisində icarə əsasında çıxış edən Braziliya əsilli oyunçu Qazaxıstan “Astana”sı ilə 30 iyun 2020-ci ilə qədər olan müqaviləsinin qarşılıqlı razılaşma əsasında bir neçə ay öncə ləğv edildiyini söyləyib. O, “Qarabağ”dan ayrılırsınız?” sualına belə cavab verib: “Elədir ki var”.

Almeyda agentinin bir neçə klubla danışıq apardığını, lakin hələ qərar vermədiyini deyib: “Hazırda istirahətdəyəm. Mənimlə maraqlananlar arasında Qazaxıstan klubu yoxdur”.

Qeyd edək ki, 2012-ci ilin iyunundan “Qarabağ”da çıxış edən Riçard Almeyda 2018-ci ilin yayında “Astana”ya keçib. Bu ilin yanvarında isə Ağdam təmsilçisi onu 1 illik icarəyə götürüb.

Son xəbərlər

Orphus sistemi