Riçard Almeyda BƏƏ klubu ilə müqavilə imzalayıb

Riçard Almeyda BƏƏ klubu ilə müqavilə imzalayıb Azərbaycan millisinin futbolçusu Riçard Almeydanın yeni klubu bəlli olub.
Futbol
21 Yanvar , 2020 19:32
Riçard Almeyda BƏƏ klubu ilə müqavilə imzalayıb

Azərbaycan millisinin futbolçusu Riçard Almeydanın yeni klubu bəlli olub.

"Report"un məlumatına görə, 31 yaşlı yarımmüdafiəçi Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) "Baniyas" klubuna keçib.

"Qarabağ"dan ayrılan Braziliyaəsilli oyunçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, 2012-ci ilin iyunundan “Qarabağ”da çıxış edən Riçard Almeyda 2018-ci ilin yayında “Astana”ya keçib. 2019-cu ilin yanvarında isə Ağdam təmsilçisi onu 1 illik icarəyə götürüb. "Baniyas" BƏƏ çempionatında 12 turdan sonra 11 xalla 11-ci pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi