"Qarabağ"ın futbolçusu Avropa Liqasında postsovet məkanının simvolik komandasına düşüb

"Qarabağ"ın futbolçusu Avropa Liqasında postsovet məkanının simvolik komandasına düşüb ​Riçard Almeydadan başqa, siyahıya əslən azərbaycanlı futbolçu da düşüb
Futbol
23 Dekabr , 2015 11:29
Qarabağın futbolçusu Avropa Liqasında postsovet məkanının simvolik komandasına düşüb

Bakı. 23 dekabr. REPORT.AZ/ "Qarabağ" klubunun futbolçusu Riçard Almeyda Avropa Liqasının qrup mərhələsinin simvolik komandasına düşüb. "Report"un məlumatına görə, braziliyalı yarımmüdafiəçinin adı UEFA-nın rəsmi saytının rus redaksiyasının tərtib etdiyi siyahıda göstərilib.

Siyahıda postsovet məkanı komandalarında çıxış edən legionerlər və keçmiş SSRİ respublikalarından olan futbolçular yer alıb. Simvolik komandaya Rusiya "Lokomotiv"inin əslən azərbaycanlı futbolçusu Aleksandr Səmədov da düşüb.

Qapıçı: Andris Vanin (Latviya, "Syon")

Müdafiəçilər: Andreas Qrankvist (İsveç, "Krasnodar"), Elmir Nabiullin (Rusiya, "Rubin"), Raqnar Klavan (Estoniya, "Auqsburq")

Yarımmüdafiəçilər: Pavel Mamayev (Rusiya, "Krasnodar"), Odil Əhmədov (Rusiya, "Krasnodar"), Henrik Mxitaryan (Ermənistan, "Borussiya" Dortmund), Riçard Almeyda (Braziliya, "Qarabağ"), Aleksandr Səmədov (Rusiya, "Lokomotiv")

Hücumçular: Bay Umar Niasse (Seneqal, "Lokomotiv" Moskva), Yevgeni Seleznyov (Ukrayna, "Dnepr")

Baş məşqçi: Oleq Kononov (Belarus, "Krasnodar")   

Son xəbərlər

Orphus sistemi