“Rəvan” – “Sumqayıt” görüşündə hesab açılmadı

“Rəvan” – “Sumqayıt” görüşündə hesab açılmadı Hər iki komandanın baş məşqçisi qarşılaşmaya münasibət bildirib
Futbol
123
10 Avqust , 2015 23:28
“Rəvan” – “Sumqayıt” görüşündə hesab açılmadı

Bakı. 10 avqust. REPORT.AZ/ Topaz Premyer Liqasının 2015/2016-cı illər mövsümünün ilk turunda keçirilən “Rəvan” – “Sumqayıt” görüşündə hesab açılmayıb.

"Report"un məlumatına görə, “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov qarşılaşmaya münasibət bildirərək deyib: “Cari çempionatın ilk oyununa çıxdıq. İstənilən komanda üçün ağırdır. Biz 10 nəfər qaldıqdan sonra vəziyyətə nəzarət “Rəvan”ın əlinə keçdi. Buna baxmayaraq, futbolçular mübarizə apardılar. Qarşıdakı oyunlara hazırlaşmalıyıq”.

“Rəvan”ın baş məşqçisi Emin Quliyev isə öz növbəsində qeyd edib ki, komanda yeni formalaşdırılıb: “Çatışmazlıqlar vardı. Ümumi götürsək, yaxşı oynadıq. Futbolçulara təşəkkür edirəm. Əvəzlənən zaman etiraz edən Fərid Quliyevi cəza gözləyir”. 

Son xəbərlər

Orphus sistemi