Rəsmilər Region Liqası qarşılaşmasını izləyib - FOTO

Rəsmilər Region Liqası qarşılaşmasını izləyib - FOTO AFFA-nın təşkil etdiyi Region Liqasının 2019/2020-ci il mövsümünün birinci turu çərçivəsində Şamaxı Olimpiya İdman Kompleksinin meydanında “Şamaxı” və “İmişli” komandaları qarşılaşıb.
Futbol
28 Oktyabr , 2019 01:43
Rəsmilər Region Liqası qarşılaşmasını izləyib - FOTO

AFFA-nın təşkil etdiyi Region Liqasının 2019/2020-ci il mövsümünün birinci turu çərçivəsində Şamaxı Olimpiya İdman Kompleksinin meydanında “Şamaxı” və “İmişli” komandaları qarşılaşıb.

"Report" AFFA-ya istinadən xəbər verir ki, təxminən 1000-ə yaxın azarkeşin trubunadan seyr etdiyi qarşılaşmanı AFFA-nın baş katibi Elxan Məmmədov, Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, AFFA İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İsgəndər Cavadov da izləyib.

Qarşılaşma 1:0 hesabı ilə “Şamaxı” komandasının xeyrinə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi