Rəşad Sadıqovdan Emreliyə: "Azərbaycanı layiqincə təmsil edəcəksən"

Rəşad Sadıqovdan Emreliyə: "Azərbaycanı layiqincə təmsil edəcəksən" "Mahir, yolun açıq olsun"
Futbol
9 İyun , 2021 09:18
Rəşad Sadıqovdan Emreliyə: Azərbaycanı layiqincə təmsil edəcəksən
Rəşad Sadıqov

"Zirə" komandasının baş məşqçisi Rəşad Sadıqov Polşanın "Legiya" klubu ilə müqavilə imzalayan Azərbaycan millisinin futbolçusu Mahir Emreliyə dəstək olub.

"Report"un məlumatına görə, 39 yaşlı mütəxəssis bu barədə şəxsi instaqram hesabından paylaşım edib.

"Qarabağ" klubunun keçmiş kapitanı 24 yaşlı hücumçu ilə fotosunu da paylaşıb: "Mahir, yolun açıq olsun. Əminəm ki, beynəlxalq arenada Azərbaycanı layiqincə təmsil edəcəksən".

Emreli ilə Sadıqovun paylaşımına belə reaksiya verib: "Kapitan, buralara gəlib çıxmağımda ən önəmli rolu olanlardan biri sənsən. Hər şeyə görə çox sağ ol".

Qeyd edək ki, Mahir Emreli "Legiya" ilə 3 illik müqavilə imzalayıb. Sözləşmənin müddəti sonradan daha 1 il uzadıla bilər.

Son xəbərlər

Orphus sistemi