Rəşad Sadıqov "Zirə"dəki ilk matçından heç-heçə ilə ayrıldı

Rəşad Sadıqov "Zirə"dəki ilk matçından heç-heçə ilə ayrıldı Futbol üzrə Azərbaycan Premyer Liqasında ilk turun son oyunu keçirilib.
Futbol
844
23 Avqust , 2020 20:53
Rəşad Sadıqov Zirədəki ilk matçından heç-heçə ilə ayrıldı
Rəşad Sadıqov

Futbol üzrə Azərbaycan Premyer Liqasında ilk turun son oyunu keçirilib. 

"Report"un məlumatına görə, Qəbələ şəhər stadionunda eyniadlı komanda "Zirə"ni qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 

Hər iki qol birinci hissədə vurulub. 3-cü dəqiqədə meydan sahiblərindən Asif Məmmədov hesabı açıb. 28-ci dəqiqədə isə Ağabala Ramazanov bərabərlik qolunu vurub. 90+1-ci dəqiqədə qonaq komandadan Hacıağa Hacılı kobud oyuna görə ikinci sarı vərəqəni alaraq, meydandan kənarlaşdırılıb. 

Bununla da Azərbaycan millisinin və "Qarabağ"ın sabiq kapitanı Rəşad Sadıqov "Zirə"nin baş məşqçisi qismində ilk rəsmi matçından 1 xalla ayrılıb. Bu, ilk turun heç-heçə ilə yekunlaşan yeganə oyunu olub. 

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" evdə "Səbail"ə 2:1, "Qarabağ" "Sabah"a 2:0, "Keşlə" isə səfərdə "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəlib. 

Son xəbərlər

Orphus sistemi