Rəşad Sadıqov: "Sevinməyə vaxtımız yoxdur"

Rəşad Sadıqov: "Sevinməyə vaxtımız yoxdur" İkinci qolu vurduqdan sonra oyun daha çətin oldu
Futbol
14 May , 2021 21:29
Rəşad Sadıqov: Sevinməyə vaxtımız yoxdur
Rəşad Sadıqov

"Maraqlı oyun alındı. Çempionatın son matçları psixoloji cəhətdən çətin keçir".

"Report"un məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov evdə "Səbail"ə 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXVII tur matçından sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis bildirib ki, ilk dəqiqədən futbolçular onlara verilən tapşırıqları yerinə yetiriblər: "İkinci hissəyə daha inamlı başladıq. Birinci qoldan sonra uşaqlarda hesabı qorumaq fikri formalaşdı. İkinci qolu vurduqdan sonra oyun daha çətin keçdi".

Sadıqov son turda "Sabah"la keçirəcəkləri matça köklənəcəklərini söyləyib: "Sevinməyə vaxtımız yoxdur. Çünki 4 gündən sonra səfər oyunumuz var. Futbolçuların bu matçın məsuliyyətini başa düşür. Bu oyunu bir kənara qoyaraq, "Sabah"la qarşılaşmaya köklənmək, hazırlaşmaq lazımdır".

Son xəbərlər

Orphus sistemi