Rəşad Sadıqov: "Sevilya" Avropa Liqasının favoritlərindən biridir"

Rəşad Sadıqov: "Sevilya" Avropa Liqasının favoritlərindən biridir" Ümumi götürsək, maraqlı qrupa düşdük. Klublara ayrı-ayrı baxsaq, məlumdur ki, Sevilya bu turnirin favoritlərindən biridir və 5 dəfə Avropa Liqasının qalibi olub.
Futbol
30 Avqust , 2019 16:13
Rəşad Sadıqov: Sevilya Avropa Liqasının favoritlərindən biridir

"Ümumi götürsək, maraqlı qrupa düşdük. Klublara ayrı-ayrı baxsaq, məlumdur ki, "Sevilya" bu turnirin favoritlərindən biridir və 5 dəfə Avropa Liqasının qalibi olub".

"Report" xəbər verir ki, bunları "Qarabağ"ın kapitanı Rəşad Sadıqov UEFA Avropa Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirərkən klubun rəsmi saytına deyib. 

Püşkə əsasən, Ağdam təmsilçisi "Sevilya" (İspaniya), APOEL (Kipr) və "Düdelanj" (Lüksemburq) birgə A qrupuna düşüb. 37 yaşlı mərkəz müdafiəçisi müsbət nəticə qazanmağa çalışacaqlarını bildirib: "APOEL-lə bu mövsüm qarşılaşdıq, aramızda gərgin mübarizə şəraitində 2 oyun keçdi və onlar növbəti mərhələyə yüksəldi. "Düdelanj"la isə 3 il qabaq oynamışdıq, ilk oyunda qalib gəlmişdik, cavab matçında isə son dəqiqələrə qədər məğlub olurduq və sonda bərabərlik qolunu vurmuşduq. Əlimizdən gələni edəcəyik ki, qrupun sonunda nəticələr bizim üçün yaxşı olsun".

Qeyd edək ki, qrup mərhələsinin oyunları 19 sentyabr, 3 oktyabr, 24 oktyabr, 7 noyabr, 28 noyabr və 12 dekabrda keçiriləcək. "Qarabağ" cari avrokubok mövsümündə, Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində məhz APOEL-i keçə bilməyib (2:1, 0:2). "Düdelanj"ı isə 2016/2017 mövsümündə ÇL-in II təsnifat mərhələsində mübarizədən kənarlaşdırıb (2:0, 1:1).

Son xəbərlər

Orphus sistemi