Rəşad Sadıqov: "Qurban Qurbanov "Marsel"lə oyunda hamımıza dərs keçdi"

Rəşad Sadıqov: "Qurban Qurbanov "Marsel"lə oyunda hamımıza dərs keçdi" "Qurban Qurbanov “Marsel”lə matçda hamımıza müəllimlik etdi, dərs keçdi".
Futbol
28 Fevral , 2022 19:51
Rəşad Sadıqov: Qurban Qurbanov Marsellə oyunda hamımıza dərs keçdi

"Qurban Qurbanov “Marsel”lə matçda hamımıza müəllimlik etdi, dərs keçdi".

"Report"un məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Bakıda Fransa "Marsel"inə 0:3 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundakı feyr-pley jesti barədə danışarkən deyib.

40 yaşlı mütəxəssis Qurbanovun yeni nəslin müəllimi və örnəyi olduğunu bildirib: "Çox adam onu, iş fəlsəfəsini, metodikasını özünə örnək götürür. Özündən sonrakı nəslə böyük miras qoydu. Göstərdi ki, nəyin bahasına olursa-olsun qələbə qazanmaq yox, ədalətli şəkildə bunu etmək lazımdır. Onun bu qərarının niyə birmənalı qarşılanmadığını bilirəm. Çünki “Qarabağ”a qarşı da haqsızlıqlar olmuşdu. Bu baxımdan bizim də məsələyə müdaxilə etməyib, eyni reaksiyanı verməyimizi gözləyirdilər. Məsələn, “Bazel”lə görüşdə rəqibin bütün futbolçuları topun qapıdan bir metr keçdiyini görmüşdü. Amma biri də hakimə bildirməmişdi. Bizim də onlardan fərqimiz budur, bütün dünyaya ədalət dərsi keçdik. Reaksiyaları özünüz də görürsünüz. Məncə, düzgün atılan addım idi. Hər insan bunu etməzdi, mümkün deyil. İnanmıram ki, futbol dünyasında ikinci bir şəxs belə hərəkət etsin. Çox vacib məqam idi, qol sayılsaydı, “Qarabağ” sərfəli nəticə də əldə edə bilərdi. Bu, başqa bir miras, bütün dünyaya böyük ədalət dərsi oldu. Buna görə də, Qurban müəllimə bir daha təşəkkür edirik".

Son xəbərlər

Orphus sistemi