Rəşad Sadıqov: "Kiminsə məğlub olmasını istəmirdim"

Rəşad Sadıqov: "Kiminsə məğlub olmasını istəmirdim" "Kiminsə bu gün məğlub olmasını istəmirdim".
Futbol
14 Mart , 2022 13:15
Rəşad Sadıqov: Kiminsə məğlub olmasını istəmirdim
Rəşad Sadıqov

"Kiminsə bu gün məğlub olmasını istəmirdim".

"Report"un məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov səfərdə "Qəbələ" ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XIX tur oyunundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis iki gün davam edən görüşün qəribə alındığını bildirib: "Artıq bir sutkadır ki, oyun bitmirdi. Dünən hava şəraitinə görə görüş 65-ci dəqiqədə dayandırıldı. Belə məqamda komandanı tonusda saxlamaq çətindir. Hər iki tərəfin futbolçularını təbrik edirəm. Ürəyimdən keçən görüşün heç-heçə ilə bitməsi idi, belə də oldu. Adamın hər iki komandanın oyunçularının əziyyətinə heyfi gəlir. Dünənki hava şəraiti çox ağır oldu. Komandalar meydanda mübarizə apardı".

Sadıqovun fikrincə, nəticə ədalətlidir: "Oyun haqqında danışılacaq çox şey yoxdur. Ədalətli nəticə heç-heçə idi".

Son xəbərlər

Orphus sistemi