Rəşad Sadıqov: "Kəpəz" və "Turan Tovuz" çempionata rəng qatacaq"

Rəşad Sadıqov: "Kəpəz" və "Turan Tovuz" çempionata rəng qatacaq" "Bu dəyişikliyi, say artımını çoxdan gözləyirdim".
Futbol
8 May , 2022 23:17
Rəşad Sadıqov: Kəpəz və Turan Tovuz çempionata rəng qatacaq

"Bu dəyişikliyi, say artımını çoxdan gözləyirdim".

"Report"un məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov I Divizion təmsilçiləri "Kəpəz" və "Turan Tovuz"a Azərbaycan Premyer Liqasında iştirak üçün lisenziya verilməsi barədə danışarkən deyib.

40 yaşlı mütəxəssis bildirib ki, bu qərarın ölkə futboluna böyük faydası olacaq: "Sevindirici haldır ki, bu, baş verdi. Əvvəllər milli komandanın 40-50 faizini Tovuz, Gəncə, Qazax və Şəmkirdən çıxan futbolçular təşkil edirdi. Bu gün yığmada nadir hallarda bölgələrdən oyunçu görürsən. Amma hər şey birdən-birə dəyişməyəcək. Vaxt lazımdır. Bunda bölgələrdəki infrastrukturun vəziyyəti də vacib rol oynayacaq. Premyer Liqamız müəyyən səviyyəyə çatıb. Bura gələn komandalar şərtlərlə ayaqlaşmalıdır. Hər iki bölgədə əzmkar komanda formalaşa bilər. Çempionatımıza rəng qatacaqlar".

Son xəbərlər

Orphus sistemi