Rəşad Sadıqov: "İstər-istəməz insan çılğınlaşır"

Rəşad Sadıqov: "İstər-istəməz insan çılğınlaşır" ""Maraqlı və gərgin oyun alındı. İki gündür Bakıda qar yağırdı. Meydanın sürüşkənliyi futbolçulara da təsirsiz ötüşmürdü. Buna baxmayaraq, hər iki komanda həm mübariz, həm də keyfiyyətli oyun göstərdi"
Futbol
21 Yanvar , 2021 19:10
Rəşad Sadıqov: İstər-istəməz insan çılğınlaşır
Rəşad Sadıqov

"Maraqlı və gərgin oyun alındı. İki gündür Bakıda qar yağırdı. Meydanın sürüşkənliyi futbolçulara da təsirsiz ötüşmürdü. Buna baxmayaraq, hər iki komanda həm mübariz, həm də keyfiyyətli oyun göstərdi".

"Report" xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov evdə "Qəbələ"ni 2:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XIV tur oyunundan sonra mətbuat konfransında deyib.

Daha sonra 39 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb...

- Daha çox hansı amillərin sayəsində qələbə qazandınız?

- "Qəbələ" rəngarəng oyun göstərən komandadır. Bunu öz üzərimizdə hiss etdik. "Qəbələ" ilə keçirdiyimiz ilk dövrədəki oyunu da nəzərə alsaq, rəqibin güclü komanda olduğunu deyə bilərəm. İtkilərimiz var idi. Buna baxmayaraq, yaxşı mübarizə aparmağa, rəqibin səhvindən yararlanmağa çalışdıq. Futbol səhvlər oyunudur, kim istifadə etsə, qalib gəlir. Oyun bərabər səvyyədə getdi. Birinci hissəyə passiv başladıq, "Qəbələ"nin inamlı start götürməsinə on dəqiqəyədək dözdük. Rəqibi analiz etmişdik. Bilirdik ki, bütün rəqiblərə qarşı öz oyunlarını sərgiləyir, futbolu eybəcərləşdirmirlər. Fasilədə müəyyən tapşırıqlarım oldu. Hesab imkan verdi ki, ehtiyatlı oynayaraq, qol imkanları yaradaq.

- Hakimlərin "Zirə"ni çox sıxdıqları fikri ilə razısınız?
- Qətiyyən razı deyiləm. Sadəcə, bəzən belə qərarlar olur və bizim başımıza gəlir deyə, emosional reaksiya verir, məyus oluram. Amma hakimlərin bizi sıxdıqlarına dair fikirlərlə razı deyiləm.

- Musa Qurbanlının debütü haqqında nə düşünürsünüz?
- Musa komandamıza yaxşı uyğunlaşdı. Əmin idim ki, adaptasiya problemi olmayacaq. Bu gün meydanada olduğu müddət ərzində yaxşı çıxış etdi, qol vurdu. Hamı kimi Musanın oyunundan da razı qaldım.

- Vaxtı uzatdığına görə qapıçınız Mateus Albino ilə xüsusi söhbət edəcəksiniz?
- Məgər çempionatda hər 7-8 saniyəyə görə oyun dayanır? 11 saniyə yubatddığına görə ikinci sarı vərəqə verilir? Albino ilə belədirsə, hamıya qarşı da eyni davranılmalıdır. Albino ilə nə danışım? Dünyada da 12 saniyəyə topu oyuna daxil edən qapıçılar var. Buna görə cərimə zərbəsinin təyin olunduğunu xatırlamıram. Baş hakim Orxan Məmmədov matçı yaxşı idarə etdi, sərt oyuna icazə verdi. Sadəcə, Albino ilə bağlı epizodda... Bir çox oyunçulara dünya hakimləri də göz yumur. Nəyə görə 7-8 saniyə gecikdirməyə cəza vermirlər? İstər-istəməz insan çılğınlaşır. Başa düşürsən ki, belə gördü və bu qərarı verdi.

- Yeni transferiniz Nemanya Ancelkoviç haqqında nə deyərdiniz?
- O mövqeyə yaydan bəri oyunçu axtarırıq. Elə oldu ki, mövsümün əvvəlində iki stopper götürdüm. Çempionatın gedişində cəzalar, cərimələr oldu. Cəlal Hüseynov da özünü göstərir, əsas üzvlərdən birinə çevrilib. Amma rəqabət yaxşıdır, əlimin altında stopperlərin olması müsbət haldır. Bəzən 5 müdafiəçi ilə oynamağı xoşlayıram. Taktiki gedişlərə imkan olacaq. Yeni gələn oyunçu da gənc, perspektivlidir. İnanıram ki, həm öz oyununu inkişaf etdirəcək, həm də komandamıza kömək olacaq.

Son xəbərlər

Orphus sistemi