"Hər iki komanda istəkli idi. İlk oyun olmasına baxmayaraq, hər iki tərəfdə istək var idi".
"Report"un məlumatına görə, bu fikirləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Sabah"la qolsuz başa çatan yoxlama oyunundan sonra klubun rəsmi saytına açıqlamasında deyib.
39 yaşlı mütəxəssis bildirib ki, ilk oyun olduğuna görə bəzi şeylər alınmırdı:
"Əsas olan oyundan çox futbolçuların yüklənmələri idi. Bu yüklənməni ala bildik. Getdikcə futbolçuların qazandığı vaxt da artacaq. Get-gedə daha çox çalışacağıq ki, yeni mövsümün ilk turuna qədər tam formada ola bilək".