"Zirə" klubunda yeni məşqçi təyinatları olub.
"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, Vaqif Paşayev və Hacı Əhmədov baş məşqçi Rəşad Sadıqovun köməkçisi təyin edilib.
Bununla da 39 yaşlı mütəxəssisin köməkçilərinin sayı 3-ə çatıb.
Sadıqov futbola başladığı vaxt məhz uşaq komandasında Paşayevin rəhbərliyi altında çalışıb. O, təcrübəli mütəxəssisin yetirməsi sayılır.
