Rəşad Sadıqov: "İkinci hissədə "Neftçi"nin təhlükəli hücumları oldu"

Rəşad Sadıqov: "İkinci hissədə "Neftçi"nin təhlükəli hücumları oldu" "Futbolçularımı ürəkdən təbrik edirəm. Kubok oyunları bir az fərqli keçir. Bu oyunlarda komandalar daha çox nəticə üçün oynayır".
Futbol
176
7 Fevral , 2021 19:45
Rəşad Sadıqov: İkinci hissədə Neftçinin təhlükəli hücumları oldu
Rəşad Sadıqov

"Futbolçularımı ürəkdən təbrik edirəm. Kubok oyunları bir az fərqli keçir. Bu oyunlarda komandalar daha çox nəticə üçün oynayır".

"Report"un məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Neftçi" ilə evdə qolsuz heç-heçə etdikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis ilk matçdan sonra üstünlüyün komandasının tərəfində olduğunu bildirib: "Oyunu mərkəzdə aparmaq istəyirdik. İkinci hissədə rəqib sistemini dəyişdi və təhlükəli hücumları oldu. Biz də sistemi dəyişəndən sonra oyun düzəldi. Bu gün inamlı mübarizə aparıb, üstünlüyümüzü dəyərləndirmək bizim üçün çox vacib idi".

Finala çıxmaq şanslarını dəyərləndirən Sadıqov növbəti oyunadək hələ ay yarım olduğunu söyləyib: "Keşlə"nin yeni baş məşqçisi var. Bizi yarımfinalda çətin mübarizə gözləyir. Qarşıda çempionat oyunları var və hazırda diqqətimiz bundadır. Yarımfinal oyununadək komandaların durumuna görə planı quracağıq".

Baş məşqçi "Rəhbərliyin sizdən tam tələbi nədir: kiubok, yoxsa çempionat" sualına isə bu cür cavab verib: "Bizim üçün dəyişən bir şey yoxdur. Yolumuzu düz tutub, oyunumuzu yaxşılaşdırmalıyıq. Nə dərəcə alınacaq bilmirəm. İndidən nəyəsə aldanmaq olmaz. Qarşıda bizi ciddi sınaqlar gözləyir. Qış fasiləsindın sonra rəqiblərin performansları da dəyişir. Hər zaman məsuliyyətli olmuşuq. Hər oyuna tam məsuliyyətlə və formanın haqqını verməyə çıxırıq. Futbolda qələbə də olur, məğlubiyyət də. Əsas olan yolumuza davam edib, diqqətimizi itirməməkdir".

Son xəbərlər

Orphus sistemi