Rəşad Sadıqov: "İdmandakı uğurlar 30 ildə görülən işin nəticədir"

Rəşad Sadıqov: "İdmandakı uğurlar 30 ildə görülən işin nəticədir" "Möhtəşəm tədbir keçirirsiniz. Bir az həyəcanlıyam. İdmanımızın möhtərəm şəxləri burdadır. Bütün idman ailəmizi təbrik edirəm. Əvvəl idmançı idik, indi isə mütəxəssisik".
Futbol
13 Dekabr , 2021 13:21
Rəşad Sadıqov: İdmandakı uğurlar 30 ildə görülən işin nəticədir
Rəşad Sadıqov

"Möhtəşəm tədbir keçirirsiniz. Bir az həyəcanlıyam. İdmanımızın möhtərəm şəxləri burdadır. Bütün idman ailəmizi təbrik edirəm. Əvvəl idmançı idik, indi isə mütəxəssisik".

"Report"un məlumatına görə, bu fikirləri "Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov İdman Araşdırmalar Mərkəzinin "İlin Qalibləri-2021" layihəsi üzrə qaliblərin mükafatlandırılması mərasimində deyib.

39 yaşlı mütəxəssis bildirib ki, Azərbaycan idmanı 30 il ərzində böyük uğurlara imza atıb: "Bəzən baxırsan ki, olimpiadakı nəticələr uğursuzluq qeyd olunur. Mən belə düşünmürəm. Olimpiadada uğurla çıxış etmişik. İdmançılarımız yarışa istədikləri kimi hazırlaşa bilməyib. Hamı bilir ki, məşqlərdən uzaq qalmaq idmançıya necə təsir edir. Aparıcı idmançılarımız var ki, olimpiadaya qatılmayıb. Buna baxmayaraq olimpiya yığmamız sonadək vuruşub. Mənə görə komandamız əlindən gələni etdi. 3 idmançımız olimpiadada finala yüksəldi. Paralimpiyaçılarımız Tokioda 14 medal qazanıb, “Qarabağ” bu il UEFA Konfrans Liqasında qrupdan çıxıb. Bu, mənim də arzum idi. Amma qismət olmadı. Buna baxmayaraq hamı kimi sevindik”.

Sadıqov Azərbaycanda ilin futbolçusu seçilən Emin Mahmudovu ürəkdən təbrik etdiyini söyləyib: "Emin qədər uğurlu mövsüm keçirən ikinci futbolçu tanımıram. O, həm “Neftçi”nin lideridir, həm də millinin aparıcısı futbolçusudur".

Son xəbərlər

Orphus sistemi