Rəşad Sadıqov: "Hesab ədalətlidir"

Rəşad Sadıqov: "Hesab ədalətlidir" "Gərgin və maraqlı oyun keçdi"
Futbol
3 Mart , 2021 18:05
Rəşad Sadıqov: Hesab ədalətlidir

"Gərgin və maraqlı oyun keçdi. Hər iki komandanın futbolçularının mübarizliyini qeyd edərdim. Kəndlər bir-birinə bələd idilər".

"Report"un məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov səfərdə "Sumqayıt"la qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XVIII turunun oyunundan sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis ilk hissənin daha gərgin keçdiyini bildirib: "İkinci yarının ilk yarım saatında biz daha üstün idik. Daha sonra Ayxan Abbasov dəyişikliklər etdi və son 10 dəqiqədə rəqib üstün oldu. Bilirdik ki, bu gün "Sumqayıt" çox istəkli oynayacaq. Aramızdakı xal fərqini azaltmaq üçün meydanda çox istəkli idilər. Əslində hər şey düşündüyümüz kimi gedirdi. Yenə deyirəm, qarşımızda "Sumqayıt" kimi əzmkar, keyfiyyətli bir komanda var idi. Düşünürəm ki, hesab ədalətlidir".

Sadıqov bir müddətdir danışıqlar apardıqları kamerunlu vinger Luis Bonqongi ilə anlaşma əldə olunduğunu vurğulayıb: "Oyunçu artıq yoldadır. Əgər problem çıxmasa, yaxın günlərdə bizə qoşulacaq. Amma hücumçu deyil, daha çox cinah oyunçusudur. Danışıqlar apardığımız başqa oyunçular da var. Ən azı iki futbolçu istəyirəm. Çünki həm Filipe Paxtman, həm də Davit Volkov sıradan çıxıb. Özünüz də görürsünüz ki, heyətimiz kasaddır, hücum xəttində cəmi 3 nəfər - Musa Qurbanlı, Ağabala Ramazanov və Klesio Bauk var. Məcburiyyətdən birini ehtiyatda saxlamalısan ki, təcili hallarda meydana buraxmağa oyunçun olsun. Yenə də futbolçuya ehtiyacımız var. Çalışırıq ki, əlimizdə olan heyətlə istədiyimiz nəticələri qazanaq və mövsümə uğurlu nəticə ilə yekun vuraq".

Son xəbərlər

Orphus sistemi