Rəşad Sadıqov: "Hər şey xeyrimizə bitə bilərdi"

Rəşad Sadıqov: "Hər şey xeyrimizə bitə bilərdi" "İkinci hissədə bərabərlik qolunu vursaq da, əks-hücumda qol buraxdıq"
Futbol
201
19 May , 2021 20:01
Rəşad Sadıqov: Hər şey xeyrimizə bitə bilərdi
Rəşad Sadıqov

"Maraqlı oyun keçdi. Bəlkə də mövsüm ərzində ən yaxşı görüşlərimizdən birini keçirdim. Hesab 0:0 olarkən yüz faizlik imkandan yararlana bilmədik. Səfərdə üstün iyun sərgiləyə bildik. İlk yarıda rəqibin yeganə zərbəsi qolla nəticələndi. İkinci hissədə bərabərlik qolunu vursaq da, əks-hücumda qol buraxdıq".

"Report" xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov səfərdə "Sabah" komandasına 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXVIII tur matçından sonra mətbuat konfransında deyib. 39 yaşlı mütəxəssis bildirib ki, göstərdikləri nəticə pis deyil: "Komandama, rəhbərliyə təşəkkürümü bildirirəm".

Sadıqovun sözlərinə görə, mövsüm ərzində çoxlu qırılma nöqtələri olub: "Hər şey xeyrimizə bitə bilərdi. İndi bu barədə çox danışmaq istəmirəm. Yəqin ki, gələcəkdə danışmağa vaxtımız olacaq".

Son xəbərlər

Orphus sistemi