Rəşad Sadıqov: "Futbolçuların reaksiyası məni qürurlandırır"

Rəşad Sadıqov: "Futbolçuların reaksiyası məni qürurlandırır" "Sonadək mübarizə aparmağa çalışacağıq"
Futbol
4 May , 2021 20:07
Rəşad Sadıqov: Futbolçuların reaksiyası məni qürurlandırır
Rəşad Sadıqov

"Uşaqları bağrıma basıram. Sonadək əzmkarlıq göstərdilər".

"Report"un məlumatına görə, bu fikirləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Qarabağ"la 1:1 hesablı bərabərə qaldıqları Premyer Liqanın XXV tur oyunundan sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis bəzi futbolçuların ayaq üstə güclə dayandığını söyləyib: "3-4 gün əvvəl 120 dəqiqə kubok matçı oynamışıq. Bu gün fiziki cəhətdən ciddi problemlərin olacağı bəlli idi. Oyunçular sonadək təslim olmadılar. "Qarabağ" bizdən daha yaxşı oynayırdı. Futbolçularımız başları yuxarı sonadək mübarizə apardılar. Çempionluğa oynayan komandaya məğlub olmadıq. Ağır dönəmdən keçirik. Futbolçuların hadisələrə reaksiyası məni qürurlandırır. 3 oyunumuz qalıb. Sonadək mübarizə aparmağa çalışacağıq".

Son xəbərlər

Orphus sistemi