Rəşad Sadıqov: "Futbolçuları təbrik edirəm, vacib qələbə qazandıq"

Rəşad Sadıqov: "Futbolçuları təbrik edirəm, vacib qələbə qazandıq" "Futbolçularımı təbrik edirəm. Vacib oyunda qələbə qazandıq. Konfrans Liqasını təmin etmişik, amma üçüncülük uğrunda mübarizə davam edir".
Futbol
15 May , 2022 19:26
Rəşad Sadıqov: Futbolçuları təbrik edirəm, vacib qələbə qazandıq

"Futbolçularımı təbrik edirəm. Vacib oyunda qələbə qazandıq. Konfrans Liqasına vəsiqəni təmin etmişik, amma üçüncülük uğrunda mübarizə davam edir".

"Report"un məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Neftçi"yə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXVII tur oyunundan sonra mətbuat konfransında deyib.

44 yaşlı mütəxəssis ilk hissədə üstün olduqlarını söyləyib: "İkinci yarıda rəqib ərazi üstünlüyünə malik idi. "Sabah" komandası məğlub durumda olanda heç-heçə də bizə sərf edirdi. Bu zaman risk etdim və Ramin Əhmədovu meydana buraxdıq. Bu da uğurlu alındı. Həm rəqibin təzyiqinin qarşısını aldıq, həm də qələbə qolumuzu vurduq. Bizim üçün gərgin və maraqlı oyun oldu. Komanda böyümək istəyirsə, belə qələbələrə çox ehtiyac var. Hazırda “Şamaxı” ilə oyuna köklənmişik. Hədəfimiz Konfrans Liqasına vəsiqə qazanmaq idi. Amma şans varsa, bürünc medalı da əldə etməyə çalışacağıq.

Sadıqov baş məşqçi kimi avrokuboklarda debüt edəcəyini xatırladıb: "Oyundan əvvəl qarışıq hisslər var idi. Turnir cədvəlində gərgin durum var idi. Qarşıda oyunlarımız var. Yəqin ki, hissləri həmin oyunlardan sonra yaşayarıq. İndi 3-cü yeri tutmaq barədə düşünməliyik. Mövsümün sonunda bayram etməyə vaxtımız olacaq".

Baş məşqçi Ramin Əhmədova şans verməsinə də toxunub: "Məşqlərdə özünü yaxşı göstərdi. Orta sahədə böyük rəqabət var. Bu gün risk edib onu meydana buraxdıq, bundan yaxşı istifadə etdi. O, buraya “Zaqatala”dan gəlib. Düşünürdüm ki, aşağı liqadan futbolçuları oynatmaq lazımdır. O vaxt fikirləşdiyim indi mənə qızıl xallar qazandırdı".

Mütəxəssis avrokuboklardakı hədəflər barədə danışmaq istəməyib: "Bir işi bitirməmiş gələcək planlar barədə düşünmürəm. Bünövrəni elə qurmalıyıq ki, komandanı inkişaf etdirək. Nə qədər pul olsa, daha yaxşı çıxış edərik. Mən kiməsə nəsə sübut etməyə çalışmıram. Başımı aşağı salıb işimi görürəm. Məni sevənləri, istəyənləri sevindirmək barədə düşünürəm".

Sadıqov oyunda yaşanmış münaqişəyə də toxunub: "Epizoda diqqətlə baxmaq lazımdı. Mən Azər Salahlının əllə oynamasına etiraz edirdim. Kənardan dedilər ki, Yusuf Laval Çantakiasa zərbə verub. Buna etiraz edirdim. Sakit məqamda 4-cü hakim iazah etdi ki, epizod sarı vərəqə deyildi".

Baş məşqçi gürcüstanlı futbolçu Davit Volkovun "Zirə"dəki taleyi ilə bağlı danışıb: "Ola bilsin ki, onu saxlamaqla bağlı çətinliklər yaşansın. Hər uğur olən yerdə futbolçulara diqqət ayrılır. Maksimum çalışacağəq ki, komandada qalsın. Amma onu sıxmıram, istəsə, gedəcək. Qalmasını istəyirik, getsə, yerinə variantlar axtaracağıq".

Son xəbərlər

Orphus sistemi