Rəqibini dişləyən futbolçu 4 oyunluq cəzalandı

Rəqibini dişləyən futbolçu 4 oyunluq cəzalandı İntizam Komitəsi isə məsələyə operativ baxaraq, 27 yaşlı futbolçuya diskvalifikasiyadan əlavə, 10 min avro cərimə kəsib
Futbol
323
8 İyul , 2020 23:03
Rəqibini dişləyən futbolçu 4 oyunluq cəzalandı

İtaliyanın "Latsio" klubunun futbolçusu Patrik Qabbarron 4 oyunluq cəzalanıb. 

"Report" xəbər verir ki, buna ispaniyalı müdafiəçinin A Seriyasının XXXI tur matçında "Leççe"nin cinah oyunçusu Culio Donatini dişləməsi səbəb olub. Həmin epizodda baş hakim Fabio Mareska Qabbarrona birbaşa qırmızı vərəqə göstərib.

İntizam Komitəsi isə məsələyə operativ baxaraq, 27 yaşlı futbolçuya diskvalifikasiyadan əlavə, 10 min avro cərimə kəsib. Sonradan o, tutduğu hərəkətə görə üzr istəyib. 

Qeyd edək ki, görüş "Leççe"nin qələbəsi ilə yekunlaşıb - 2:1. Hazırda 68 xalla 2-ci yerdə gedən "Latsio" lider "Yuventus"dan 7 xal geridədir. "Leççe" isə 28 xalla 17-cidir.     

Son xəbərlər

Orphus sistemi