Türkiyəli oyunçu ömürlük futboldan kənarlaşdırılıb

Türkiyəli oyunçu ömürlük futboldan kənarlaşdırılıb Bakı. 7 mart. REPORT.AZ/ Türkiyə Futbol Federasiyası “Amed Sportif Faaliyetler” komandasının oyunçusu Mansur Çalara ağır cəza verib.
Futbol
7 Mart , 2019 18:54
Türkiyəli oyunçu ömürlük futboldan kənarlaşdırılıb

Bakı. 7 mart. REPORT.AZ/ Türkiyə Futbol Federasiyası “Amed Sportif Faaliyetler” komandasının oyunçusu Mansur Çalara ağır cəza verib.

"Report" qurumun saytına istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi ömür boyu futbol yarışlarından kənarlaşdırılıb. Buna səbəb Çaların "Sakaryaspor"la oyun vaxtı rəqiblərinə ülgüclə xəsarət yetirməsidir.

Federasiya kluba bir matçlıq azarkeşsiz oynamaq cəzası da verib.

Qeyd edək ki, “Amed Sportif Faaliyetler” – “Sakaryaspor” 1:1 hesabı ilə başa çatıb. Görüş ərzində iki komandanın futbolçuları arasında bir neçə dəfə mübahisə düşüb.

Son xəbərlər

Orphus sistemi