Rəqibinə 20 top vuran İngiltərə millisi rekordlara imza atıb

Rəqibinə 20 top vuran İngiltərə millisi rekordlara imza atıb Qadınlardan ibarət İngiltərə millisi yeni rekorlara imza atıb.
Futbol
1 Dekabr , 2021 09:40
Rəqibinə 20 top vuran İngiltərə millisi rekordlara imza atıb

Qadınlardan ibarət İngiltərə millisi yeni rekordlara imza atıb.

"Report"un məlumatına görə, yığma buna 2023-cü il dünya çempionatının seçmə oyununda Latviyanı 20:0 hesabı ilə məğlub etməklə nail olub.

Bu, İngiltərə komandalarının tarixinə ən böyük hesablı qələbə kimi düşüb.

Hesab həmçinin qadınların dünya çempionatının seçmə turniri üçün də rekord hesab olunur. Əvvəlki rekord ötən həftə Ermənistanı 19:0 hesabı ilə üstələyən Belçikaya məxsus idi.

Son xəbərlər

Orphus sistemi