AFFA-nın 2019-cu il üçün maliyyə hesabatı açıqlanıb.
"Report"un məlumatına görə, hesabat dövründə milli assosiasiyanın gəlirləri 29 milyon 948 min 618 manat təşkil edib.
Bu məbləğin 11 milyon 964 min 760 manatı
Xərclər isə 23 milyon 423 min 308 manat təşkil edib. Bu məbləğdən 11 milyon 939 min 316 manat milli yığma komandalara sərf olunub. Ayrıca olaraq, 13 milyon 333 min 491 manatı ötən ilin mayında Bakı Olimpiya Stadionunda İngiltrənin "Çelsi" və "Arsenal" komandaları arasında keçirilmiş Avropa Liqasının final matçının təşkilinə xərclənib.
AFFA-nın tərkibində olan Federasiyalar və Üzvlərə ayrılan vəsaitlər:
Futzal Federasiyası - 473 min 200 manat
Futbol Veteranları İttifaqı - 183 min 384 manat
Regional Futbol Federasiyası - 221 min 490 manat
Uşaq və Gənclər Federasiyası - 255 min manat
Çimərlik Futbol Federasiyası - 96 min 326 manat
Əlillər Futbol Federasiyası - 49 min 670 mnat
Peşəkar Futbol Liqası - 204 min manat
İctimai Futbol Federasiyası - 16 min 300 manat
Tələbə Futbol Federasiyası - 51 min 500 manat
Sahə Futbol Federasiyası - 7 min 500 manat
Qarabağ Əlil Döyüşçülər Federasiyası - 22 min 500 manat
İsgəndər Cavadov Bakı Futbol Akademiyası - 26 min 550 manat
Toplam: 1 milyon 607 min 420 manat
AFFA-nın balansında olan stadionların, futbol akademiyasının və milli komandaların məşq mərkəzlərinin saxlanılmasına ayrılan vəsaitlər:
"Bayıl" stadionu və akademiyası - 455 min 244 manat
"Dalğa Arena" - 577 min 316 manat
Bakı Olimpiya Stadionu - 304 min manat
Təlim Məşq Mərkəzi - 302 min 753 mnat
Futbol Akademiyası - 161 min 652 manat
Binə stadionu - 71 min 974 manat
Ağsu stadionu - 66 min 195 manat
Bakcell Arena - 111 min 759 manat
Toplam: 2 milyon 50 min 893 manat
Azərbaycan futbol klublarına UEFA tərəfindən ayrılan vəsaitlər:
"Qarabağ" - 12 milyon 324 min 696 manat
"Neftçi" - 1 milyon 563 min 39 manat
"Qəbələ" - 706 min 196 manat
"Səbail" - 543 min 509 manat
"Zirə" - 104 min 717 manat
"Sumqayıt" - 104 min 717 manat
"Sabah" - 104 min 717 manat
Toplam: 15 milyon 451 min 591 manat