"Report" İnformasiya Agentliyinin əməkdaşı "İlin idman jurnalisti" seçilib - SİYAHI - FOTO

"Report" İnformasiya Agentliyinin əməkdaşı "İlin idman jurnalisti" seçilib - SİYAHI - FOTO 2016-cı ilin idman yekunlarına həsr olunmuş təntənəli mərasim keçirilib
Futbol
26 Dekabr , 2016 20:03
Report İnformasiya Agentliyinin əməkdaşı İlin idman jurnalisti seçilib - SİYAHI - FOTO

Bakı. 26 dekabr. REPORT.AZ/ Bu gün "Buta Palace"da 2016-cı ilin idman yekunlarına həsr olunmuş təntənəli mərasim keçirilib. 

"Report"un məlumatına görə, mərasimdə gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, müxtəlif federasiyalarının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri və jurnalistlər iştirak ediblər.

Tədbirin aparıcıları ilk dəfə olaraq "Bu şəhərdə" teatrının aktyorları, əməkdar artislər Rafael İsgəndərov və Coşqun Rəhimov olub. Mərasim bədii hissə ilə başlayıb.

Mərasimdə ilk olaraq çıxış edən Azad Rəhimov qarşıdan gələn bayramlar münasibətilə təbriklərini çatdırıb. O bildirib ki, 2016-cı il idmanımızın təntənəsi olub: "Bu il 857 medal olub ki, onun 357-si qızıldır. İdmançılarımız 192 beynəlxalq turnirə qatılıblar. Bakıda 52 turnir olub".

Çingiz Hüseynzadə isə idmançılarımızın sınaqdan üzüağ çıxdıqlarını və tarixi nəticələr qazandıqlarını söyləyib. 

Tədbir zamanı bir sıra nominasiyalar üzrə mükafatlar təqdim olunub. Mükafatlandırılanlar arasında "Report" İnformasiya Agentliyinin İdman Departamentinin redaktoru Elşən Məmmədov da yer alıb. E.Məmmədov "İlin idman jurnalisti" adına layiq görülüb.

Qeyd edək ki, Azərbaycanın 2016-cı ildə qazandığı medallar ötən illə müqayisədə 3 medal çoxdur. 

İlin ən yaxşı məşqçiləri - Elnur Amanov (taekvondo), Aslan Ağayev (sərbəst güləş), Fərhad Məmmədov (cüdo), Hikmət Hacıyev (kikboksinq). 

İlin ən yaxşı idman hakimləri -  Faiq Həsənov (şahmat), Fikrət Vəliyev (qılıncoynatma), Hicran Şərifov (güləş), Rövşən Hüseynov (boks), Fariz Hüseynov (cüdo). 

İlin ən fəal idman veteranı - Məmməd Useynov. 

İlin idman həkimi - Esmiralda Ələkbərova. 

İlin ən yaxşı idman jurnalisti - Elşən Məmmədov (Report.az). 

İlin ən yaxşı media layihəsi - Space FM-də "İdmanda" verilişinin aparıcıları Elnur Əsədov və Anar Nəbiyev. 

İlin ən yaxşı idman agentliyi - www.extratime.az.

İlin ən yaxşı idman verilişlərinin təşkilatçısı - "İdman-Azərbaycan" telekanalı. 

İlin ən yaxşı idmanın təbliğatında uğurlu layihə - "CBC Sport" telekanalı. 

İdman yarışlarının yüksək səviyyədə təşkili və keçirilməsinə görə - Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (Formula-1), "Qəbələ" Atıcılıq İdman Klubu. 

İlin ən yaxşı federasiyası -  Azərbaycan Taekvondo Federasiyası. 

İlin ən yaxşı idman təşkilatı: “Neftçi İdman Klubu” İctimai Birliyi.

İlin ən yaxşı idman qurğusu: Heydər Əliyev adına İdman Konsert Kompleksi, Şirvan Olimpiya İdman Kompleksi, Cəlilabad Olimpiya İdman Kompleksi.

İlin ən yaxşı klub komandası: “Synergy Baku Cycling Procekt” velosiped komandası.

Oyun idman növləri üzrə ilin ən yaxşı komandası: Azərbaycanın futzal üzrə milli yığma komandası.

İlin ən yaxşı komandası - Azərbaycan Milli Olimpiya Komandası. 

Aşağıdakı idmançılar fəxri diplomla təltif ediliblər:

Rio Olimpiadasında ölkəmizi layiqincə təmsil etdiklərinə görə - Kamran Şahsuvarlı (boks), Lorenzo Sotomayor (boks)Milad Beygi Harçeqani (taekvondo), Patimat Abakarova (taekvondo), Şərif Şərifov (sərbəst güləş), Natalya Sinişin (qadın güləşi), Rəsul Çunayev (yunan-Roma güləşi), Cəbrayıl Həsənov (sərbəst güləş), Sabah Şəriəti (yunan-Roma güləşi)Hacı Əliyev (sərbəst güləş), Toğrul Əsgərov (sərbəst güləş), Xetaq Qazyumov (sərbəst güləş), Mariya Stadnik (qadın güləşi), Rüstəm Orucov (cüdo), Elmar Qasımov (cüdo), Ramil Qasmov (cüdo), Bayram Mustafayev (cüdo), Rövşən Səfərov (cüdo)Yelena Çebanu (atletika), Kamil Əliyev (atletika), İradə Əliyeva (atletika), Dmitri Saley (üzgüçülük), Raman Saley (üzgüçülük), İnna Osipenko Radomska (kayak), Valentin Demyanenko (kanoe sprint). 

İlin ən yaxşı idmançıları - Hidayət Heydərov (cüdo üzrə Avropa birinciliyinin qalibi), İslam Abbasov (yunan-Roma güləşi üzrə dünya və Avropa çempionu), Rafael Ağayev (karate üzrə dünya çempionu), Oleq Stepko (idman gimnastikası üzrə dünya kubokunun qalibi), Ramazan Rüstəmov (qol güləşi üzrə dünya və Avropa çempionu), Bəxtiyar İskəndərzadə (kikboksinq üzrə peşəkarlar arasında dünya çempionu), Emil Həsənov (sambo üzrə dünya çempionatının gümüş mükafatçısı), Yelena Vıstropova (boks üzrə Avropa çempionu), Marina Durunda (bədii gimnastika üzrə dünya kubokunun bürünc mükafatçısı). 

Son xəbərlər

Orphus sistemi