Renat Dadaşovun baş məşqçisi hamını qabaqladı

Renat Dadaşovun baş məşqçisi hamını qabaqladı İngiltərə Premyer Liqasında iyun ayının ən yaxşı baş məşqçisi açıqlanıb.
Futbol
10 İyul , 2020 15:15
Renat Dadaşovun baş məşqçisi hamını qabaqladı
Nunu Eşpirutu Santu

İngiltərə Premyer Liqasında iyun ayının ən yaxşı baş məşqçisi açıqlanıb.

"Report" çempionatın rəsmi saytına istinadən xəbər verir ki, mükafata Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi "Vulverhempton"a rəhbərlik edən Nunu Eşpirutu Santu layiq görülüb.

Portuqaliyalı mütəxəssis səsvermədə Stiv Brüs ("Nyukasl Yunayted"), Ule-Qunnar Sulşer ("Mançester Yunayted") və Frenk Lempardı ("Çelsi") qabaqlamağı bacarıb.

Son xəbərlər

Orphus sistemi