Renat Dadaşov “Vulverhempton”la 4 illik müqavilə bağlayıb - YENİLƏNİB - VİDEO

Renat Dadaşov “Vulverhempton”la 4 illik müqavilə bağlayıb - YENİLƏNİB - VİDEO Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun İngiltərə Premyer Liqasında çıxış edən “Vulverhempton” klubuna keçidi rəsmiləşib.
Futbol
350
6 Avqust , 2019 17:07
Renat Dadaşov “Vulverhempton”la 4 illik müqavilə bağlayıb - YENİLƏNİB - VİDEO

Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun İngiltərə Premyer Liqasında çıxış edən “Vulverhempton” klubuna keçidi rəsmiləşib.

“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, 20 yaşlı hücumçu ilə 4 illik müqavilə bağlanılıb. O, 1 il müddətinə Portuqaliya Premyer Liqasında çıxış edən “Pakuş de Ferreyra”ya icarəyə verilib.


15:55***

İngiltərə Premyer Liqasında çıxış edən “Vulverhempton” klubu Azərbaycan millisinin futbolçusu Renat Dadaşovu transfer edib.

“Report” “Birmingham Live” portalına istinadən xəbər verir ki, Vulverhempton şəhərinin eyni adlı təmsilçisi 20 yaşlı hücumçunu Portuqaliyanın I divizonunda yer alan “Eştoril”dən alıb və dərhal da icarəyə verib.

Dadaşov növbəti mövsümdə Portuqaliya Premyer Liqasında yarışan “Pakuş de Ferreyra”nın formasını geyinəcək.

Transferin məbləği və müqavilənin detalları barədə məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi