Renat Dadaşov "Liverpul"la matçda komandasına penalti qazandırdı

Renat Dadaşov "Liverpul"la matçda komandasına penalti qazandırdı Azərbaycan millisinin futbolçusu Renat Dadaşov İngiltərənin Vulverhempton klubunun U-23 komandasında növbəti matçını keçirib.
Futbol
18 Fevral , 2020 08:58
Renat Dadaşov Liverpulla matçda komandasına penalti qazandırdı

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov İngiltərənin "Vulverhempton" klubunun U-23 komandasında növbəti matçını keçirib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda XVII turda "Liverpul"la üz-üzə gəlib. Qarşılaşma "Vulverhempton"un 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. 21 yaşlı hücumçu görüşə start heyətdə başlayıb və sona qədər meydanda olub.

71-ci dəqiqədə meydan sahibləri 0:1 hesabı ilə geridə olarkən cərimə meydançasında Dadaşova qarşı kobudluq edilib və forvard komandasına penalti vurmaq imkanı qazandırıb.

Penaltini isə onun komanda yoldaşı Chem Kempbell dəqiq yerinə yetirib.

Qeyd edək ki, "Liverpul" 17 turdan sonra birinci qrupda 26 xalla 5-ci, "Vulverhempton" isə 11 xalla sonuncu - 12-ci yerdədir. 

Son xəbərlər

Orphus sistemi