Renat Dadaşovun komandasının Avropa Liqasındakı matçı azarkeşsiz keçiriləcək

Renat Dadaşovun komandasının Avropa Liqasındakı matçı azarkeşsiz keçiriləcək Azərbaycan milliisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi İngiltərə Vulverhemptonunun Avropa Liqasındakı matçı azarkeşsiz keçiriləcək.
Futbol
137
10 Mart , 2020 09:39
Renat Dadaşovun komandasının Avropa Liqasındakı matçı azarkeşsiz keçiriləcək

Azərbaycan milliisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi İngiltərə "Vulverhempton"unun Avropa Liqasındakı matçı azarkeşsiz keçiriləcək. 

"Report" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandanın Yunanıstanda "Olimpiakos"a qarşı keçirəcəyi ilk 1/16 final qarşılaşması boş tribunalar önündə oynanılacaq. Qərar Yunanıstan hökumətinin koronavisun yayılması səbəbi ilə ölkədə idman tədbirlərinə insanların qatılmasını məhdudlaşdıran sərəncamı əsasında qəbul edilib. 

Qeyd edək ki, martın 13-də keçiriləcək "Olimpiakos" - "Vulverhempton" matçı Bakı vaxtı ilə 00:00-da başlayacaq. Dadaşov Avropa Liqası oyunları üçün də sifariş olunsa da, hələ meydana çıxmayıb. 

UEFA daha öncə Çempionlar Liqasının 1/8 final mərhələsindəki PSJ (Fransa) - "Borussiya" (Dortmund, Almaniya) və Avropa Liqasının 1/8 finalındakı "Sevilya" (İspaniya) - "Roma" (İtaliya) görüşlərinin də azarkeşsiz keçiriləcəyini açıqlayıb. İlk matçda "Borussiya" PSJ-yə qalib gəlib - 2:1. 

Son xəbərlər

Orphus sistemi