Renat Dadaşov: “Almaniya Bundesliqasında daha çox oyun keçirəcəyimə ümid edirəm” - VİDEO

Renat Dadaşov: “Almaniya Bundesliqasında daha çox oyun keçirəcəyimə ümid edirəm” - VİDEO “Əsas məqsədim inkişaf etməkdir”
Futbol
7 Avqust , 2017 12:09
Renat Dadaşov: “Almaniya Bundesliqasında daha çox oyun keçirəcəyimə ümid edirəm” - VİDEO

Bakı. 7 avqust. REPORT.AZ/ “Mənim üçün çox xoş oldu. Qol vurmaq üçün iki şansım vardı”.

“Report”un məlumatına görə, bunu Almaniya təmsilçisi “Ayntraxt”ın əsas komandasının heyətində ilk qolunu vuran Azərbaycan yığmasının futbolçusu Renat Dadaşov deyib.

“Ayntraxt”ın “FSV Frankfurt”u 5:2 hesabı ilə məğlub etdiyi yoxlama matçının ikinci hissəsində meydana çıxan və 47-ci dəqiqədə fərqlənən 18 yaşlı hücumçu klubun rəsmi saytına açıqlamasında yeni mövsümdə daha çox oyun keçirəcəyinə ümid etdiyini söyləyib: “Bizim üçün bütün oyunlar böyük əhəmiyyət kəsb edir. Artıq yeni mövsümə köklənmək vaxtı yetişib. Azarkeşlərə verdikəri dəstəyə görə təşəkkür edirəm. Yeni mövsümdə daha çox oyun keçirəcəyimə ümid edirəm. Əsas məqsədim inkişaf etməkdir”.

Qeyd edək ki, “Aytraxt”ın yetirməsi olan R.Dadaşov yay fasiləsində əsas komandaya cəlb olunub. Onunla 3 illik müqavilə imzalanıb. Frankfurt təmsilçisi Bundesliqanın ilk turunda “Frayburq”un qonağı olacaq. Matç avqustun 19-da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi