Xorvatiyada penaltini düzgün vurmayan futbolçu meydandan qovulub

Xorvatiyada penaltini düzgün vurmayan futbolçu meydandan qovulub Futbol üzrə Xorvatiya I Liqasının "İstra" - "Dinamo" (Zaqreb) oyununda kuryoz hadisə baş verib.
Futbol
17 Dekabr , 2021 14:08
Xorvatiyada penaltini düzgün vurmayan futbolçu meydandan qovulub

Futbol üzrə Xorvatiya I Liqasının (əsas liqa) "İstra" - "Dinamo" (Zaqreb) oyununda kuryoz hadisə baş verib.

"Report"un məlumatına görə, qonaq komandanın hücumçusu Bruno Petkoviç penaltini düzgün yerinə yetirmədiyi üçün meydandan qovulub.

27 yaşlı forvard 11 metrlik nöqtəyə yaxınlaşarkən qısa pauza verib və rəqib qolkiper yerə yıxıldıqdan sonra topu qapıdan keçirib.

Petkoviçin penaltini qaydalar çərçivəsində vurmadığını düşünən referi qolu qeydə almayıb və oyunçuya ikinci sarı vərəqəni göstərib. Futbolçu meydanı istehzalı gülüşlə tərk edib.

Qeyd edək ki, qarşılaşma Zaqreb "Dinamo"sunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi