"Real Madrid" yay transferlərindən məhrum ola bilər

"Real Madrid" yay transferlərindən məhrum ola bilər İspaniyanın Real Madrid futbol klubu koronavirus pandemiyasının yaratdığı çətinliklərlə əlaqədar yay transferindən məhrum ola bilər.
Futbol
31 May , 2020 07:51
Real Madrid yay transferlərindən məhrum ola bilər

İspaniyanın "Real Madrid" futbol klubu koronavirus pandemiyasının yaratdığı çətinliklərlə əlaqədar yay transferindən məhrum ola bilər.

"Report" "Marca"ya istinadən xəbər verir ki, pandemiyaya görə yaranmış böhran komandada ciddi əks oluna bilər. Klubun maliyyə çətinlikləri ilə əlaqədar yay transfer pəncərəsində heç bir futbolçunu almayacağı istisna olunmur.

Transferlər yalnız klubun böyük sayda oyunçularını sata biləcəyi halda gerçəkləşə bilər. Ancaq bu variant ağlasığmazdır. Çünki bir çox klub indi oyunçulara pul xərcləməyə hazır deyil.

"Real Madrid" La Liqada 27 turundan sonra 56 xalla ikinci yer tutur. Komanda lider "Barselona"dan 2 xal geri qalır.

Hazırda İspaniya çempionatında mövsüm koronavirus pandemiyasına görə dayandırılıb.

Son xəbərlər

Orphus sistemi