Real XXI əsrdə ilk dəfə ardıcıl 4 oyunda qol vura bilməyib

Real XXI əsrdə ilk dəfə ardıcıl 4 oyunda qol vura bilməyib Bakı. 7 oktyabr. REPORT.AZ/ Futbol üzrə İspaniya çempionatının 8-ci tur matçında Madrid Realı Alavesə 0:1 hesabı ilə məğlub olub.
Futbol
7 Oktyabr , 2018 05:47
Real XXI əsrdə ilk dəfə ardıcıl 4 oyunda qol vura bilməyib

Bakı. 7 oktyabr. REPORT.AZ/ Futbol üzrə İspaniya çempionatının 8-ci tur matçında Madrid "Real"ı "Alaves"ə 0:1 hesabı ilə məğlub olub.

“Report” xəbər verir ki, bu oyundan sonra madridlilərin qolsuz oyunlar seriyası ardıcıl 4 matça çatıb. Bu oyunlarda komanda üç məğlubiyyətə uğrayıb.

Bu qolsuzluq seriyası Kral klubu üçün XXI əsrdə ən pis nəticə kimi qeydə alınıb.

Bundan əvvəl Xulen Lopeteqinin yetirmələri "Atletiko" ilə heç-heçə (0:0) edib və "Sevilya"ya uduzub (0:3). Eyni zamanda Çempionlar Liqasında Rusiya MOİK-inə 0:1 hesabı ilə məğlub olub.

"Qaymaqlar" yalnız 1982 və 1985-ci illərdə ardıcıl olaraq 4 oyunda qol vura bilməmişdilər.

Son xəbərlər

Orphus sistemi