"Real" səfərdə "Valensiya"ya məğlub olub - VİDEO

"Real" səfərdə "Valensiya"ya məğlub olub - VİDEO Kral klubu "Barselona" ilə xal fərqini artıra bilməyib
Futbol
23 Fevral , 2017 00:54
Real səfərdə Valensiyaya məğlub olub - VİDEO

Bakı. 23 fevral. REPORT.AZ/ Futbol üzrə İspaniya çempionatının 16-cı turunda "Valensiya" evdə "Real"ı qəbul edib.

"Report" xəbər verir ki, görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Yarasalar" artıq 4-cü dəqiqədə Simone Dzadzanın qolu ilə hesabı açıblar. Beş dəqiqə sonra Fabian Orelyana fərqi iki topa çatdırıb. Qonaqlar qollardan yalnız birinin əvəzini çıxa biliblər. Kriştianu Ronaldu 41-ci dəqiqədə adını tabloya yazdırıb.

İspaniya çempionatı, XVI tur

"Valensiya" – "Real" - 2:1

Qollar: Dzadza, 4, Orelyana, 9 – Ronaldu, 41.

Son xəbərlər

Orphus sistemi