"Real Madrid" Zidanın qayıdışından sonra ilk məğlubiyyətlə üzləşib - VİDEO

"Real Madrid" Zidanın qayıdışından sonra ilk məğlubiyyətlə üzləşib - VİDEO İspaniyanın Real Madrid komandası Zinəddin Zidanın baş məşqçi postuna qayıdışından sonra ilk məğlubiyyətlə üzləşib.
Futbol
4 Aprel , 2019 05:22
Real Madrid Zidanın qayıdışından sonra ilk məğlubiyyətlə üzləşib - VİDEO

İspaniyanın "Real Madrid" komandası Zinəddin Zidanın baş məşqçi postuna qayıdışından sonra ilk məğlubiyyətlə üzləşib.

"Report"un məlumatına görə, "kral klubu" La Liqanın XXX turunda səfərdə "Valensiya"ya uduzub - 1:2. 

"Mestalya" stadionunda keçirilmiş qarşılaşmada hesabı 35-ci dəqiqədə Qonsalu Quedeş açıb. 83-cü dəqiqədə Esekyel Qaray fərqi artırıb. Qonaqların təsəlli qoluna isə 90+3-cü dəqiqədə Kərim Benzema imza atıb.

Bu qələbədən sonra xallarını 46-a çatdıran "Valensiya" 5-ci pilləyə yüksəlib. 57 xala malik "Real Madrid" isə 3-cü pillədə qalıb. Turnir cədvəlinə 70 xalla "Barselona" başçılıq edir. 62 xalı olan "Atletiko" isə 2-ci yerdə gedir.

Son xəbərlər

Orphus sistemi