"Real Madrid" yubiley, Ançelotti tarixi çempionluq əldə edib

"Real Madrid" yubiley, Ançelotti tarixi çempionluq əldə edib Real Madrid" komandası tarixində 35-ci dəfə İspaniya çempionatının qızıl medallarına sahib olub.
Futbol
30 Aprel , 2022 20:10
Real Madrid yubiley, Ançelotti tarixi çempionluq əldə edib

Real Madrid" komandası tarixində 35-ci dəfə İspaniya çempionatının qızıl medallarına sahib olub.

"Report"un məlumatına görə, kral klubu yubuley çempionluğunu La Liqada sona 4 tur qalmış əldə edib. XXXIV turda "Espanyol"u qəbul edən paytaxt təmsilçisi 4:0 hesabı ilə qalib gəlib.

"Santyaqo Bernabeu" stadionunda keçirilmiş matçda qolları 33-cü və 43-cü dəqiqələrdə Rodriqo, 56-cı dəqiqədə Marko Asensio və 81-ci dəqiqədə Kərim Benzema vurub.

Bununla xallarını 81-ə çatdıran "Real Madrid" ən yaxın izləyicisi "Sevilya"nı 17, potensial izləyicisi "Barselona"nı 18 xal geridə qoyub.

"Kral klubu"na rəhbərlik edən Karlo Ançelotti isə "Böyük beşlik" ölkələrinin çempionu adını qazanan ilk baş məşqçi olub. 63 yaşlı mütəxəssis daha əvvəl İtaliyada "Milan" (2003/2004), İngiltərədə "Çelsi" (2009/2010), Fransada PSJ (2012/2013), Almaniyada "Bavariya" (2016/2017) komandalarına bu uğuru yaşadıb. 

Son xəbərlər

Orphus sistemi