“Real Madrid” və Ramos yeni müqavilə barədə razılığa gələ bilmirlər

“Real Madrid” və Ramos yeni müqavilə barədə razılığa gələ bilmirlər Ramosun “Real Madrid” ilə hazırkı müqaviləsi 2021-ci il iyun ayının sonuna qədərdir
Futbol
28 Mart , 2021 21:56
“Real Madrid” və Ramos yeni müqavilə barədə razılığa gələ bilmirlər

“Real Madrid” futbol klubu komandanın 34 yaşlı kapitanı Serxio Ramos ilə müqavilənin uzadılması barədə razılığa gələ bilmirlər.

Bu barədə “Report” “AS” nəşrinə istinadən xəbər verir.

Nəşrin yazdığına görə, klub 2005-ci ildən bəri “Real”da çıxış edən Ramosa maaşını 20 faiz azaltmaqla bir illik müqavilə təklif edir. Futbolçu bu təkliflə razılaşmaq niyyətində deyil və klubla daha uzunmüddətli müqavilə imzalamaq istəyir.

Eyni zamanda, klub rəhbərliyi bir neçə gündən sonra 34 yaşı tamam olacaq futbolçu ilə əməkdaşlığın uzunmüddətli olmasına müsbət yanaşmır.

Ramosun “Real Madrid” ilə hazırkı müqaviləsi 2021-ci il iyun ayının sonuna qədərdir, yəni 90 gün daha qüvvədə olacaq. Daha əvvəl Ramosun bu mövsümün sonunda “Real Madrid”dən ayrılacağı bildirilmişdi.

Son xəbərlər

Orphus sistemi